İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bu ölkəyə qoşun yeritdi

20757 26.01.2024 15:51 Dünya A A

Rusiya hərbi kontingenti Burkina-Fasonun paytaxtı Uaqaduquya gəlib. Bu, Qərbi Afrika ölkəsində rus qoşunlarının ilk əhəmiyyətli yerləşdirilməsidir.

Beləliklə, 24 yanvar 2024-cü il Rusiyanın Afrikadakı hərbi mövcudluğunun başlanğıcı kimi tarixə düşdü.

Rusiyada yeni yaradılmış könüllü Afrika Korpusunun ilk əməliyyatı uğurlu alınıb. Ordunun yüz silahlısı Uaqduquya enib. Onlar orada ayrılmış xüsusi hərbi bazada yerləşiblər və daha 200 rusu qəbul etmək üçün hazırlanmış tədbirlərə start veriblər.

Ruslar Mali, Niger, Mərkəzi Afrika Respublikası, Sudan və Liviyada – Afrika qitəsinin hər yerində əməliyyatlar keçirməyi planlaşdırır. Burada rəsmi Moskva kollektiv Qərb üçün problemlər yaratmağa, onun təsirini zəiflətməyə və mövcudluğunu çətinləşdirməyə çalışacaq.

Bu, təbii ki, kollektiv Qərb üçün müəyyən problemlər yaradacaq. 2024-cü il isə şübhəsiz ki, “Afrika ili” olacaq, çünki oradan qaynar xəbərlər gəlir.

Bəzi ekspertlərə görə, Kreml böyüməkdə olan anti-müstəmləkəçilik hərəkatına rəhbərlik etməklə bağlı özünün yaratdığı ideologiyasının tələsinə düşərək başladığı işin nəticələrini hesablamayıb./KONKRET.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR