İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bu ölkəyə qarşı ŞOK ssenarini işə saldı - Kiçik otaqdan HƏRƏKƏTƏ KEÇDİLƏR

1822 06.04.2023 12:26 Gündəm A A

“Kreml Ukrayna ilə “məsələni” bitirməmiş keçib Qazaxıstana. Mərkəzi Asiyanın bu ölkəsinin şimalındakı Petropavlovsk şəhərində bir neçə gün əvvəl 19 “fəal” Qazaxıstandan öz “müstəqilliklərini” elan edib və “Xalq Şurasını” çağırdıqlarını açıqlayıblar. Separatçılar vurğulayıblar ki, Qazaxıstan dövlətinə etibarları yoxdur, ona görə də “müstəqilliklərini, sərbəstliklərini və suverenliklərini elan ediblər”.

Musavat.com xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

ffad3053-ebac-3a46-82fb-684e9c9a4a0a_850.jpg (63 KB)

Politoloqun sözlərinə görə, separatçılar Qazaxıstanın təhsil, qida məhsulları və səhiyyə sisteminə qarşı çıxdıqlarını da bildiriblər:

“Onlar bununla bağlı xüsusi mətn yayıblar. SSRİ dağıldıqdan sonra Qazaxıstanın şimalında belə hallar bir neçə dəfə baş verib, hər dəfə separatçılığın qarşısı alınıb. Ancaq indi durum fərqlidir. Kreml Rusiyanın perimetri boyu “rus dünyasını” formalaşdırmağa çalışır və birinci Ukraynadan başlayıb. Kreml paralel olaraq ətrafındakı digər ərazilərə də boylanır. Ona görə də Qazaxıstanda separatçıların kiçik otaqdan fəaliyyətə başlamaları təhlükənin miqyasının az olduğu anlamına gəlmir. Ukraynada da hadisələr belə başlamışdı. Yaxşı xatirimdədir, 2014-cü ildə Donetskdə yerli universitetlərin birində çalışan professorla söhbətim olmuşdu. O mənə deyirdi ki, Donetskdə separatçılar yerli əhali arasında dayaqlara malik deyildilər, onların mitinqlərinə heç 100 nəfər çıxmırdı. Ancaq vəziyyət bir anda dəyişdi, elə mən orda olarkən inzibati binalar ələ keçirildi, Rusiyanın müdaxiləsi və yerli əhalinin Ukrayna əleyhinə qızışdırılması vəziyyəti hazırkı həddə gəlib çatdırdı.

Qazaxıstan üçün də sanki eyni ssenari hazırlanıb. Əhalisinin 60 faizə yaxını rus olan Petropavlovsk şəhəri Rusiya ilə sərhəddən 40 kilometr cənubda yerləşir. Ona görə nə qədər ki, Petropavlovsk şəhərinin 19 “fəalı” işi böyütməyib və bölgədə ikinci Donbas yaratmayıb, Astana məsələni həll etmək məcburiyyətindədir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR