İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya aviasiyası çarəsiz vəziyyətdə

840 16.01.2023 13:23 Region A A

Ötən ilin dekabr ayının sonunda Rusiya hökuməti sanksiyalar qarşısında təyyarə donanmasını ayaqda tutmaq üçün bir çox təyyarənin ehtiyat hissələrinin sökülməsini qanuniləşdirib.

Musavat.com xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

Verilən informasiyaya əsasən, Ukraynada müharibə başlayandan sonra Aİ və ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar ölkənin aviasiya sənayesini az qala çökdürüb. Məlumata görə, təyyarədən çıxarılan hissələrin icazələri olmalı, onların istismarı təhlil edilməli və qiymətləndirilməli, başqa təyyarəyə quraşdırıldıqda isə yenidən sınaqdan keçirilməli və yoxlanılmalıdır.

Hökumət Rusiyada qalan xarici təyyarələrdə orijinal olmayan xarici hissələrin quraşdırılmasına da icazə verib.

“İzvestiya”nın xəbərinə görə, bu işlə məşğul olmalı mütəxəssislər hökumətin fərmanının normalarına necə əməl etməli olduqlarını anlamırlar. Ekspertlərdən biri hesab edir ki, normalar ictimaiyyətdən gizlədilib, çünki mütəxəssislər tərəfindən tamamilə normal qəbul edilən mülki donanmanın “kannibalizasiyası” mövzusu adi insanlar tərəfindən anlaşılmır. “RunAvia” uçuş təhlükəsizliyi xidmətinin təsisçisi Andrey Patrakovun sözlərinə görə, bu, Rusiyaya çoxlu sayda xarici saxta malların gətirilməsinə gətirib çıxaracaq. Həmin sahədə çalışan şirkətlər isə xarici direktivlərə və standartlara çox da əməl etməyəcəklər.

Rusiyanın Ukraynaya hücumundan sonra Qərb təyyarələrin və onların hissələrinin satışına qadağa qoyub. Nəticədə yüzlərlə avialayner hüquqi xidmətdən məhrum olub. Ehtiyat hissələrinin olmaması səbəbindən Rusiya aviaşirkətləri öz donanmalarının mühüm hissəsini itirmək qarşısında qalıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR