İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya aktivlərinin Ukrayna üçün müsadirəsi barədə RƏY VERİLDİ

787 22.02.2024 12:13 Dünya A A

Belçika, Fransa, Almaniya, Yaponiya, Hollandiya, Böyük Britaniya və ABŞ-dan olan 10 Qərb hüquq eksperti Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinin qanuni olacağına dair rəy verib.

Vəkillər G7 ölkələrinə göndərdikləri məktubda vəsaitlərin müsadirəsinin beynəlxalq hüquq normalarına uyğun olduğunu bildiriblər.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Ekspertlər bildirirlər ki, aktivlərin müsadirəsi beynəlxalq hüquqa zidd deyil, çünki Rusiya özü onun normalarını pozub:

“Rusiyanın beynəlxalq hüququn ən fundamental normalarını davamlı şəkildə pozduğunu nəzərə alaraq, onun qanunsuz hərəkətləri nəticəsində birbaşa olaraq dəyən zərərin əvəzi kimi Rusiya dövlətinin aktivlərinin təhvil verilməsi şəklində əlavə əks tədbirlərin görülməsi qanuni olardı”.

Hüquqşünaslar bloklanmış aktivləri saxlayan dövlətlərə onları beynəlxalq mexanizmə köçürməyi tövsiyə ediblər ki, o, pulu depozitə qoyub sonra Ukraynaya köçürsün.

Avropada daha əvvəl aktivlərin ABŞ-dakı prezident seçkilərinə qədər müsadirə olunması tələb edilmişdi. Estoniya Xarici İşlər Nazirliyinin kansleri Conatan Vseviovun sözlərinə görə, 2024-cü ilin sonuna qədər Rusiyanın 150 milyard avro (162 milyard dollar) məbləğində aktivlərinə həbs qoyulması lazımdır, çünki Aİ liderləri Respublikaçılar Partiyasının lideri Donald Trampın yenidən prezident seçilə biləcəyindən narahatdırlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR