İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus sülhməramlıları İrəvana uçmaq üçün kimdən icazə aldı?

1429 26.06.2023 01:18 Son xəbər A A

Laçın sərhəd nəzarət məntəqəsi yaxınlığında qanlı təxribat törətməklə sərhəd qapısının bağlanmasına nail olan Ermənistan indi də davamlı şəkildə Qarabağ ermənilərinin guya kritik vəziyyətdə yaşadığı barədə rəy formalaşdırmağa çalışır.

Musavat.com erməni mediasına istinadən bildirir ki, iyunun 24-də Qarabağdan Ermənistana helikopter uçuşu həyata keçirilib.

Ermənilər iddia edirlər ki, ağır vəziyyətdə olan uşaq sülhməramlıların helikopteri ilə İrəvana aparılıb. Həmçinin ermənilərə və rus hərbçilərə aid olan zəruri dərman preparatlarının da gətirildiyi bildirilib.

Erməni separatçılar uzun müddətdir ki, hava dəhlizinin açılması üçün çalışırlar. Güman ki, məsələ müvafiq qurumlarımızın nəzarəti altındadır. Çünki rəsmi Bakı Xocalı aeroportunun istifadəyə verilməsinə hətta işğal illərində izn verməyib. Maraqlıdır, rus hərbi kontingenti İrəvana uçmaq icazəsini alıbmı? Yoxsa Qarabağ separatçılarının maşın karvanına sarvanlıq etdikləri kimi, hava yolundan da “xəstə uşaq” və “dərman” bəhanəsilə məkrli niyyətlər üçün istifadə edir?..

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR