İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus iş adamlarının var-dövləti artdı

652 10.04.2023 15:12 Region A A

Moskva burada yaşayan milyarderlərin sayına görə ilk 10 şəhər arasında altıncı yeri tutub.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın “Forbes” jurnalı məlumat yayıb.

Şəhərdə 61 milyarderin yaşadığı bildirilir ki, bu da 2022-ci ildəkindən 8 nəfər çoxdur. Moskva milyarderlərinin ümumi kapitalı 307 milyard dollar qiymətləndirilir. Bu isə ötən illə müqayisədə 92 milyard dollar artıqdır. Həmin göstəriciyə görə, Rusiya paytaxtı dünyanın meqapolisləri sıralamasında üçüncü yerdə yerləşib. Ondan öncə Nyu-York (617 milyard) və Paris (409 milyard dollar) gəlir.

Moskva 101 milyarderlə Nyu-Yorkdan sonra ikinci yerdə gəlir. Onları 70 milyarderlə Honkonq, 68 milyarderlə Pekin, 65 milyarderlə Şanxay və 63 milyarderlə London izləyir.

Nəşr qeyd edir ki, Ukraynada davam edən xüsusi hərbi əməliyyata və Qərbin Rusiya Federasiyasına qarşı sanksiyalarına baxmayaraq, Moskvadan olan milyarderlərin demək olar ki, üçdə ikisi sərvətlərini artırıb. Rusiya paytaxtının ən zəngin milyarderi “İnterros”un rəhbəri Vladimir Potanin olub. “Forbes” onun sərvətini 23,7 milyard dollar qiymətləndirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR