İnsanlara hürriyət, millətlərə istiqlal!

Rumıniyalı nazir DOST İnklüziv mərkəzində - Fotolar

736 02.11.2022 18:02 Sosial A A

Rumıniyanın əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budeyin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub.

Musavat.com-un xəbərinə görə, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev əhalinin sosial cəhətdən həssas qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası, cəmiyyətə fəal inteqrasiyasının təmin edilməsi istiqamətində aparılan işlər barədə nümayəndə heyətinə məlumat verib.

Bildirilib ki, 2021-ci ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də bu sahədə ölkəmizdə aparılan fəal dövlət siyasətinin növbəti təzahürüdür. Mərkəz Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb və əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, digər həssas qrupların yaradıcı potensialının inkişafına və cəmiyyətə təqdim olunmasına xidmət  edir.

121 nəfərlik auditoriumdan, müxtəlif peşə-yaradıcılıq otaq və studiyaları, kitabxana, inzibati otaqlar, yeməkxana və s. ibarət olan Mərkəzdə rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, tikmə, bədii oyma, floristika, landşaft dizaynı, audiosəsyazma, kulinariya, səhnə ifaçılığı və s. istiqamətlərdə təlimlər təşkil olunur. Hazırda burada 250-dən çox benefisiar təlim keçir.

Mərkəzdə göstərilən xidmətlər barədə nümayəndə heyətinə məlumat verilib. Burada inklüziv yaradıcılıq şəraiti, tətbiq olunan təlim metodları, benefisiarların hazırladıqları əl işləri qonaqlarda maraq yaradıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR