İnsanlara hürriyət, millətlərə istiqlal!

Rublu ABŞ-da resessiya xilas edə bilər - Maliyyəçi-alim

2149 15.08.2023 21:41 İqtisadiyyat A A

Dollar həm Yapon yeni, həm Çin yuanı, həm də Rusiya rublu qarşısında möhkəmlənir.

Maliyyəçi-professor, ABŞ Şimali Dakota universitetinin müəllimi Fariz Hüseynlinin sözlərinə görə, Yuanla yenin tandemi uzun müddətdir ki, gedir: "Çin istəmir valyutası yenə nəzərən bahalı olsun, amma o biri tərəfdən daxildə istehlakı gücləndirəcəksə, onda gərək satınalma qabiliyyəti də artsın. Ümumiyyətlə, Çinin borcla və infrastruktur-inşaatla böyüməsi, yerli idarələrdən daha çox vəsait tələb etməsi problem olacaq. Problemi necə həll edəcəklər aydın deyil. Həm də 2015-dən devalvasiya şoku təcrübələri var".

Professor qeyd edir ki, rubl təkcə dollara yox, həm də yuana qarşı dəyər itirir: "Deməli, Çindən yuana çıxışları elə də asan deyil. Büdcə kəsiri, idxal artdıqca, rubl daha da zəifləyəcək. Faiz artırmaq çətin kömək olsun, valyuta məhdudiyyətləri qoya bilərlər, ya da iqtisadi fəaliyyəti azalda bilərlər, amma büdcə xərclərini azaltmaq müharibə edən ölkəyə sərf etmir. Rublun daha da zəif olması daha sərf edir".

F.Hüseynliyə görə, bu vəziyyəti yalnız Amerikada resessiya olması dəyişə bilər: "Hələ ki, görünmür, amma yəqin ki, faiz artışları dayanacaq, inflyasiya zəiflədikcə bir müddət sonra faizlər də enişə keçər. Bunun Türkiyəyə də dolayı faydası olar, amma oranın problemlərinin kökündə xroniki dollar tələbi dayanır, bunu həll etmək üçün güclü sənaye və inkişaf proqramı olmalıdır, faiz siyasətini hələ demirəm".

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR