İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubinyan Rusiyanı İTTİHAM etdi: “2020-ci ilin dekabrından başlayaraq...”

1425 26.09.2023 13:30 Son xəbər A A

“Bir şey tamamilə aydındır: Ermənistan öz suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü müdafiə edəcək”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” partiyasından vitse-spiker Ruben Rubinyan tərəfindən yerli İctimai Televiziyaya müsahibəsində səslənib.

Rubinyan həmin ifadəsi ilə əslində Rusiya Xarici İşlər Nazirliyinə cavab verib. O, müsahibəsində Rusiyanı 2020-ci ilin dekabrından başlayaraq Ermənistana münasibətdə öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

Rubinyanın iddiasına görə, “xarici qüvvələr” sərhəddə gərginlik yaratmaqla, İrəvan meriyası seçkilərlə və Qarabağdakı vəziyyətlə bağlı Ermənistanda qarışıqlıq yaratmaq istəyir.

Hakim partiyadan olan parlamentin vitse-spikeri müxalifətin yenidən hakimiyyətə gəlib-gəlməyəcəyi sualına bu cür cavab verib: “Qarabağda müxalifətçilər hakimiyyətə gəldi və bunun necə bitdiyini gördük”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR