İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruben Vardanyandan həyasız çıxış: “Qarabağ erməniləri Azərbaycana tabe olmayacaq”

2790 07.04.2023 14:41 Region A A


“Mən ona görə gəldim ki, Qarabağ erməniləri Azərbaycana tabe olmasınlar”.


Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə qondarma “DQR”in “keçmiş dövlət nazir”i Ruben Vardanyan yerli “Hraparak” qəzetinə müsahibəsində danışıb.

Qeyd edək ki, Qarabağ ermənisi olmayan bu şəxs ağızdolusu “Arsax xalqı”nın hüquqlarından və onların heç vaxt Azərbaycana tabe olmayacağından danışıb.

“Danışıqlar üçün qarşı tərəf bizi tərəf kimi qəbul etməlidir, bunun üçün biz öz mövqeyimizi çox açıq şəkildə bildirməliyik. Əgər bizi qəbul etməsələr, deməli, danışıqlardan söhbət gedə bilməz. Azərbaycan bizdən tabe olmağımızı tələb edir. Mən isə gəldim dedim ki, biz təslim olmayacağıq, çünki bu, qəbuledilməzdir, Qarabağ ermənisi Azərbaycana tabe olmayacaq, vəssalam. Biz danışıqlara hazırıq? Bəli, biz hazırıq. Bir-birimizin yanında yaşaya bilərik, amma tabe olmayacağıq”, - deyə Vardanyan qeyd edib.

Ruben Vardanyan Araik Arutunyanla münasibətlərindən də danışıb.

“Arayik Arutyunyan və mən müxtəlif üslublu liderlərik, mən daha kəskin idim. Açıq şəkildə bildirdim ki, oyun qaydalarına tabe olmayanlar cəzalandırılmalıdır.

Təəssüf ki, “prezident” (qondarma-red.) müxtəlif səbəblərdən fərqli siyasi üslub nümayiş etdirdi. Bu böhrandan çıxmaq üçün vahid düşüncə lazım idi, lakin bu, baş vermədi. Elə vəziyyət yarandı ki, həm daxildən, həm də xaricdən ona təzyiqlər başladı. “Dövlət naziri” postundan getməyim onun qərarı idi, lakin bu heç nəyi dəyişmədi”,-deyə Vardanyan söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR