İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rövşən Lənkəranski"nin adamı Türkiyədə ÖLDÜRÜLDÜ

3057 27.10.2022 12:17 Kriminal A A

Türkiyədə azərbaycanlı kriminal avtoritet Elnur Qasımov qətlə yetirilib.

Musavat.com haberler.com-a istinadən xəbər verir ki, kriminal aləmdə "qardaşoğlu" ləqəbli ilə tanınan Elnur Qasımov İstanbulda Nicat adlı şəxs tərəfindən öldürülüb.

Elnur Qasımov "Rövşən Lənkəranski" kimi tanınan mərhum "qanuni oğru" Rövşən Canıyevin tərəfdarı olub.

Elnur Qasımovun qardaşı Emin Qasımov da kriminal aləmdə "Emin Naxçıvanski" kimi tanınır.

Qətli törədən Nicat adlı şəxsin isə digər mərhum qanuni oğlu "Lotu Quli" kimi tanınan Nadir Səlifovun adamı olduğu bildirilir.

Elnur Qasımovun dəfn olunması üçün cənazəsi Bakıya göndəriləcək.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR