İnsanlara hürriyət, millətlərə istiqlal!

Rövşanə canlı yayında suçiçəyi olmasından danışdı: “Mirşahin Ağayev mənə dedi ki...”

1424 07.04.2022 12:59 Şou-biznes A A



"Bir dəfə ANS-də canlı veriliş apararkən birdən suçiçəyi çıxartdım. Həmin vaxt 30 yaşım var idi. Mirşahin Ağayevə vəziyyəti deyəndə mənə bildirdi ki, ard-arda iki canlı yayım etməliyəm, çünki gələn həftə evdən çölə çıxa bilməzdim".

Bu sözləri tanınmış tele-aparıcı Rövşanə Ağasəfqızı TV Musavat-ın efirində qonaq olarkən deyib. Tele-aparıcı canlı yayımlarda yaşadığı çətin anların artıq onun üçün maraqlı xatirəyə döndüyünü bildirib:
"Təsəvvür edin, bir canlı yayım 2 saatlıq idi və mən 2 veriliş üçün 4 saatlıq çəkiliş etmək məcburiyyətində qaldım. Verilişin sonuna yaxın üzümdə "çiçəklər" açmışdı.

Yəni televiziyada, xüsusən də canlı yayım zamanı çox şey baş verə bilir. Bəzən olub ki, qonaq hansısa səbəbdən canlı yayıma gələ bilməyib, 2 saatlıq verilişi özüm tək idarə etməli olmuşam. Başqa bir verilişdə isə  ayaqqabımın dabanı studiyadakı dekorasiyaya ilişib qalıb və mən uzun müddət tərpənmədən canlı yayımı aparmışam".

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR