İnsanlara hürriyət, millətlərə istiqlal!

Rövnəq Abdullayevin SON DURUMU: hazırda...

4441 15.01.2024 12:47 Son xəbər A A

Bir neçə gün öncə AFFA prezidenti Rövnəq Abdullayevin səhhətində problem yarandığı barədə məlumat yayılmışdı. Məlumata əsasən, bu səbəblə AFFA-nın İcraiyyə Komitəsinin yanvarın 11-də Gəncədə keçirilməli olan iclası və futbol akademiyasının açılışı təxirə salınmışdı.

Rövnəq Abdullayevin son durumu ilə maraqlanmaq üçün AFFA-nın mətbuat katibi Elnur Məmmədli ilə əlaqə saxladıq.

MEMMEDLİ.jpg (78 KB)

Sözçü Musavat.com-a açıqlamasında bildirdi ki, Rövnəq Abdullayev hazırda özünü yaxşı hiss edir:

“Soyuqdəymə, qrip idi. Digər insanlar yoluxmasın deyə, iclas və futbol akademiyasının açılışı təxirə salındı. İclas və akademiyanın açılış tarixi dəqiqləşən kimi rəsmi sayt vasitəsilə bu barədə məlumat veriləcək”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR