İnsanlara hürriyət, millətlərə istiqlal!

Rövnəq Abdullayev bu vəzifədən gedir - ÖZÜ AÇIQLADI

3077 01.03.2024 15:24 İdman A A

Rövnəq Abdullayev AFFA-dakı gələcəyi ilə bağlı yekun qərarını verib.

O, növbəti prezident seçkilərində namizəd olmayacaq.

SOCAR-ın sabiq şefi bu barədə mövqeyini az öncə açıqlayıb. Abdullayev İcraiyyə Komitəsinin Gəncədə keçirilən iclasında yaxın günlərdə vəzifəsi ilə vidalaşacağını bildirib.

R.Abdullayev 2008-ci ildən AFFA-ya başçılıq edirdi. Ötən müddətdə 4 dəfə federasiyanın rəhbəri seçilib.

Bu ay AFFA-nın növbəti hesabat-seçki konfransı keçiriləcək. Konfransın gündəliyinin əsasını yeni prezidentin seçilməsi təşkil edir.

Nizamnaməyə görə, konfransın vaxtını müəyyənləşdirmək səlahiyyəti İcraiyyə Komitəsindədir (İK). Ondan əvvəlki 15 gün ərzində «pəncərə» açılacaq./sportinfo

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR