İnsanlara hürriyət, millətlərə istiqlal!

Rostov AES-də problem yarandı: Rosatom "sızma yoxdur" deyir

682 16.07.2024 22:38 Dünya A A

Rusiyanın cənubunda Rostov Atom Elektrik Stansiyasında nasazlıq qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, stansiyada yaranan problemə görə enerji istehlakının məhdudlaşdırılması üçün müvəqqəti qrafiklər tətbiq edilib. Məhdudiyyət 1,5 GVt-a qədər gücü əhatə edir.

Enerji təchizatı tam bərpa olunana qədər bərpa işləri Rusiya Energetika Nazirliyinin xüsusi nəzarəti altındadır.

Bildirilir ki, AES-də güc bloku turbogeneratorla bağlı problemlərə görə avtomat sistem vasitəsi ilə söndürülüb: "Səbəblər aydınlaşdırılır, radiasiya fonu normaldır”.

Qeyf edək ki, bu gündəm Krımın cənubunda, şərqində və dağətəyi bölgələrindəki yaşayış məntəqələri də elektrik enerjisi şəbəkəsindən ayrılıb. Səbəb kimi isti hava şəraitində şəbəkənin ifrat yüklənməsi göstərilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR