İnsanlara hürriyət, millətlərə istiqlal!

Roqozin ABŞ müdafiə nazirini təhqir etdi

688 26.02.2024 12:19 Dünya A A

“Roskosmos”un keçmiş rəhbəri, Zaporojye vilayətindən olan senator Dmitri Roqozin ABŞ-ın müdafiə naziri Lloyd Ostini meymuna bənzədib.

Musavat.com xəbər verir ki, o, “X” sosial şəbəkəsindəki ingilisdilli səhifəsində iki fotoşəkil dərc edib - birində qorillanın yanında çəkilmiş piqmeylər, digəri isə Ukrayna prezidenti Vladimir Zelenski və ölkənin müdafiə naziri Rustem Umerovun əhatəsində olan Ostini əks etdirir.

“ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəliyindən əvvəl piqmeylərlə şəkil çəkdirməyi çox sevirdi”, - deyə Roqozin belə bir status yazıb.

Daha sonra “VKontakte” səhifəsində Roqozin ABŞ Müdafiə Nazirliyinin rəhbərini primatla müqayisə etmədiyini bildirib.

“ABŞ müdafiə nazirini meymun adlandırmışam deyə beynəlmiləlçi vətəndaşlar çox həyəcanlanıblar. Heç bir şübhə olmasın. Ostin, ABŞ prezidenti Co Bayden, Almaniya kansleri Olaf Şolts və Rusiyanın digər düşmənləri çirkli meymunlardır”, - deyə şovinist və irqçi baxışları ilə tanınan siyasətçi yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR