İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldunun Səudiyyə klubuna keçidi rəsmiləşib

1132 31.12.2022 02:20 İdman A A

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu ilə 2 illik müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə "Əl Nəsr" rəsmi saytı vasitəsilə məlumat yayıb.

"Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.

Qeyd edək ki, Kriştianu Ronaldu Qətərdə keçirilən dünya çempionatından əvvəl "Mançester Yunayted"lə müqaviləsinə xitam verildiyi üçün Səudiyyə Ərəbistanı təmsilçisinə azad agent kimi keçib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR