İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ronaldu Səudiyyə klubu ilə müqavilə imzalayıb"

662 31.12.2022 00:54 İdman A A

“Qızıl top”un beşqat qalibi Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Əl Nəsr” futbol klubu ilə müqavilə imzalayıb.

“Report” xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı bildirib.

Mənbənin məlumatına görə, onunla müqavilə iki il müddətinə nəzərdə tutulub.

Daha öncə İspaniyanın “Marca” qəzeti əmək müqaviləsinin ümumi məbləğinin təqribən 100 milyon avro olduğunu qeyd edib. Nəşrin məlumatına görə, portuqaliyalı hücumçu daha 100 milyon avronu reklam müqavilələri üzrə alacaq ki, bu da onu dünyanın ən çox maaş alan idmançısı edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR