İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldu qadın futbolçular barədə bunları dedi

1286 29.11.2023 02:22 İdman A A

“Ən-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu qadın futbolunun inkişafından danışıb. O, Portuqaliyada qadın futbolunun inkişafına həsr olunmuş “Qala das Campeãs” tədbirinə müraciət ünvanlayıb.

“Portuqaliya bizim vətənimizdir, o, taleyin sınaqlarına boyun əyməyənlərə və mümkün olmayanı mümkün edənlərə məxsusdur.

Gəlin qadın futbolunu təbliğ etmək üçün birlikdə mübarizə aparaq. Təkcə bu gün deyil, hər gün. Qızların getdikcə daha çox meydançalara ehtiyacı var. Böyük qürur hissi ilə sizi bağrıma basıram və gələcəkdə daha böyük enerji ilə sizə dəstək olacağam. Hamınızı tarixin ən böyük missiyasına çağırıram: Gəlin və oynayın!” - ulduz futbolçu müraciətində bildirib.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR