İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldu “Əl Nəsr”in Pepeni almasını istəyir

650 05.01.2023 23:35 İdman A A

Kriştianu Ronaldu keçmiş komanda yoldaşını “Əl Nəsr”də görmək istəyir.

Hücumçu Səudiyyə klubunun müdafiəçi Pepe ilə müqavilə imzalamasını istəyir.

O, artıq bu barədə komanda rəhbərliyi ilə danışıb.

Fevralda 40 yaşı tamam olan “Portu”nun müdafiəçisi ilə bu mövsümün sonuna qədər müqavilə bağlanıb. “Əl-Nəsr” futbolçunu transfer etməyi düşünür.

Ronaldu və Pepe “Real Madrid”də və Portuqaliya millisində birlikdə çıxış ediblər.

Bundan əlavə, səudiyyəlilər yayda Serxio Ramosun və 2024-cü ildə Luka Modriçin transferində maraqlıdırlar.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR