İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldonun "Yunayted"dən ayrılması ehtimalı yoxdur

446 04.08.2022 20:12 İdman A A

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonun hazırda davam edən yay transfer pəncərəsində klubdan ayrılması ehtimalı yoxdur.

Qol.az xəbər verir ki, bubarədə "The Athletic" məlumat yayıb. 37 yaşlı hücumçunun potensial alıcılarının dairəsi dardır. “Mançester Yunayted” onun üçün yalnız Səudiyyə Ərəbistanından adı açıqlanmayan klubdan konkret təklif alıb.

“Mançester Yunayted” Ronaldonun satılmaması ilə bağlı mövqeyini açıqlayıb. Lakin klubda fərqli rəyin üstünlük təşkil etdiyi bildirilir.

Klubun bir neçə nümayəndəsinin Ronaldonu satılmasını istəməməsi onların komandadakı digər hücumçuların gücünə arxayın olmaması ilə bağlıdır. "Mançester Yunayted" Antoni Marsialın mövsüm boyu ardıcıl oynaya biləcəyinə şübhə edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR