İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldo villasına işçilər axtarır - 6 min avro maaş...

874 29.12.2022 13:57 İdman A A

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo ölkəsindəki villasına işilər axtarır.

Qol.az Corriere della Sera" nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu bağban, aşbaz və qulluqçu işə götürmək istəyir. Maaş ayda 6 min avro olacaq. Namizədlər Atlantik okeanı sahilində, Kaskaisdə villada işləyəcəklər. Ronaldo oranı 10 milyon avroya alıb.Üç mərtəbəli villanın sahəsi 2720 kvadratmetrdir. Orada bir neçə bağ, açıq hovuz (qapalı hovuza əlavə olaraq), idman zalı, tennis kortu və 20-dən çox avtomobil üçün qaraj var. Villa Portuqaliyada ən bahalı mülk hesab olunur.

İşə qəbul olunacaq şəxslər gizlilik müqaviləsi imzalamalıdır.

Qeyd edək ki, Ronaldo hazırda azad agentdir. Onun "Əl-Nəsr"ə keçəcəyi iddia olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR