İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldo Neymara psixoloji yardım almağı məsləhət görüb

966 14.12.2022 02:53 İdman A A

"Bu təzyiqə müqavimət göstərməsi üçün Neymara psixoloji yardım almağı məsləhət görərdim. Bundan sonra meydana da eyni həvəs və istəklə qayıdacaq".

"Report"un məlumatına görə, bunu Braziliya millisinin sabiq futbolçusu Ronaldo Fransanın PSJ klubunda çıxış edən həmyerlisi Neymar barədə danışarkən deyib.

Əfsanəvi hücumçu bildirib ki, yığmadakı təzyiq tab gətirmək üçün oyunçular psixi sağlamlıqlarına nəzarət etməlidirlər: "Xüsusilə hər kəsin milli komandanı izlədiyi dünya çempionatınadək bu məsələni həll etmək çox vacibdir. Qətərdə bütün dünya Neymara baxırdı. Psixoloji cəhətdən əzildiyini dediyi müsahibəsini görəndə ürəyim parçalandı. Ona necə kömək edəcəyimi bilmək istərdim. İndi mümkündür, amma mənim vaxtımda bu barədə çox danışılmırdı. Karyerasında etdiyi hər şeyə qiymət vermək olmaz. Bunu Neymar da bilir. Təbii ki, hamı dünya kubokunu qazanmaq istəyir, amma eyni zamanda hamı başa düşür ki, bu, asan deyil. Bizim beş titulumuz var və hələlik ilk sıradayıq".

Qeyd edək ki, Braziliya millisi mundialın 1/4 final mərhələsində Xorvatiyaya uduzaraq, mübarizəni dayandırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR