İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ronaldo hələ də məndən və oğlumdan üzr istəməyib"

996 05.01.2023 14:59 İdman A A

"Ronaldo hələ də məndən və autizm xəstəliyindən əziyyət çəkən oğlumdan lazımı formada üzr istəməyib".

Qol.az xəbər verir ki, bu sözləri "Daily Mail" nəşrinə açıqlamasında Böyük Britaniya vətəndaşı Sara Kelli deyib.

Ronaldo "Mançester Yunayted"də çıxış etdiyi vaxt, ötən mövsüm Premyer Liqada "Everton"la məğlubiyyətlə bitən görüşdən sonra autizm xəstəsi olan 14 yaşlı Ceykobun telefonunu sındırıb. Ceykobun anası deyir ki, bu hadisənin üzərindən 9 ay vaxt keçsə də, Ronaldo üzrxahlıq etməyib.

"Məncə, o, buradan (İngiltərədən - red.) getməli və bizə nəfəs almağa imkan verməli idi. O, "Mançester Yunayted" və Portuqaliya tərəfindən atıldı. Görünür, artıq insanlar onun necə biri olduğunu anlamağa başlayırlar. O, mənə və oğluma çox gərginlik yaşatdı. Biz bu müddətdə özümüzü zərərçəkən yox, təqsirkar kimi hiss edirik. Söhbət qətiyyən pulda deyil. Biz ondan lazımı formada üzr istəməyi gözləyirdik.

Bizə heç vaxt “Mançester Yunayted” və “Everton” kömək etmədi. "Everton" heç olmasa, Ceykoba futbolçularla bir neçə saat keçirməyə şərait yarada bilərdi".

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR