İnsanlara hürriyət, millətlərə istiqlal!

Rodrigez Trampdan sanksiyaların qaldırılmasını istəyir

573 07.05.2026 08:52 Dünya A A

Venesuela prezidenti Delsi Rodriges ABŞ prezidenti Donald Trampa ölkəsinə qarşı tətbiq edilən sanksiyaların ləğvi üçün müraciət etmək niyyətindədir.

Musavat.com xəbər verir ki, xanım prezident bunu ölkənin dövlət televiziyasında deyib: "Mən ABŞ prezidenti Donald Trampa Venesuelaya qarşı sanksiyaları dərhal dayandırmağı tövsiyə etmək niyyətindəyəm".

O, xatırladıb ki, ölkə miqyasında keçirilən "Sanksiyalarsız Venesuela və Sülh naminə Böyük yürüş" kampaniyası zamanı aprelin sonlarında bütün ölkə küçələrə çıxaraq Venesuelaya qarşı iqtisadi blokadaya son qoyulmasını tələb edib. Rodrigez respublikanın blokadasını müdafiə edən və əhaliyə ciddi ziyan vuran "ekstremistlərin Venesuela əleyhinə ritorikasını" qınayıb. Rodrigez mövcud fikir ayrılıqlarına baxmayaraq, demokratik birgəyaşayışı dəstəklədiyini vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR