İnsanlara hürriyət, millətlərə istiqlal!

Riqada Puşkin, Lermontov, Turgenev, Qoqol küçələrinin adı dəyişdiriləcək

372 22.02.2024 15:55 Dünya A A

Riqa şəhər şurası rus yazıçılarının adını daşıyan və ya Rusiya ilə əlaqəli altı toponimin adının dəyişdirilməsi barədə qərar qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə ERR portalı məlumat yayıb.

vVerilən məlumata görə, indiki Maskavas (Moskovskaya) küçəsinin yerində eyni vaxtda iki küçə olacaq . Lomonosov küçəsi Valeriya Seyle küçəsi adlandırılacaq; Qoqol küçəsinə jurnalist və ictimai xadim Emiliya Benjaminin adı veriləcək; Puşkin küçəsi dilçi Karlis Milenbahsın adını daşıyacaq; Lermontov adının götürldüyü küçəyə onun latış həmkarının, şair Vilis Pludonisin adı qoyulacaq.  Turgenev küçəsi indən belə rəssam Vilhelm Purvitisin küçəsi olacaq. 

Qanun layihəsinin müəlliflərinin fikrincə, de-rusizasiyaya ehtiyac Moskvanın Ukraynada xüsusi hərbi əməliyyat keçirməsi ilə bağlıdır.

Maraqlıdır ki, vaxtilə SSRİ-yə daxil olan müttəfiq küçələrin hamısında bu adda küçələr vardı. Moskva öz ədəbiyyat və mədəniyyət xadimlərinin adlarını ölkənin bütün şəhər və qəsəbələrində yaymışdı. Hətta SSRİ dağılandan sonra da bu adlar dəyişdirilməmişdi. RF-nin Ukraynaya hücumu isə bəzi respublikalarda anti-Rusiya ovqatını gücləndirdi və belə bir prosesin başlanmasına səbəb oldu.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR