İnsanlara hürriyət, millətlərə istiqlal!

Reynmen “Altın Kelebek” mükafatını zibilliyə atdı - FOTO

1124 04.12.2023 16:57 Şou-biznes A A

Dünən axşam təşkil edilən "Altın Kelebek" Mükafat Mərasimində mükafat ala bilməyən fenomen və müğənni Reynmen digər mükafatını zibilə atıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 49-cu Pantene "Altın Kelebek" mükafatları dünən axşam möhtəşəm bir mərasimlə sahiblərinə təqdim olunub.

Bu il mükafata layiq görülməyən Reynmen köhnə mükafatını ataraq etiraz edib.

İnstaqram hesabında müğənni 2020-ci ildə qazandığı "Altın Kelebek" Mükafatı da daxil olmaqla bir neçə mükafatını zibilə atdığı anı paylaşıb və gülüş emojisi əlavə edib.

Qısa müddətdə sosial mediada trendə çevrilən Reynmenin videosu reaksiya doğurub. Bir çox istifadəçi Reynmenin etdiklərini hörmətsizlik kimi qiymətləndirərək, "Hər il ona veriləcəyini gözləyirdi?" kimi şərhlər edib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR