İnsanlara hürriyət, millətlərə istiqlal!

Respublika Narkoloji dispanserində pasiyent digər xəstəni bıçaqladı

453 19.04.2023 11:37 Kriminal A A

Bakıda 44 yaşlı kişi bıçaqlanıb.

Musavat.com report-a istinadən xəbər verir ki, hadisə aprelin 18-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji dispanserin mətbəx otağında qeydə alınıb.

Belə ki, orada nahar edərkən, məhkəmə qərarları əsasında məcburi müalicə alan 1986-cı il təvəllüdlü Seymur Bəxtiyar oğlu Əzizov heç bir əsaslı səbəb olmadan 1979-cu il təvəllüdlü Əziz Fərzulla oğlu Məhərrəmova arxa tərəfdən yaxınlaşaraq qəflətən qarın, qol və ayaq nahiyələrindən bıçaq xəsarəti yetirib.

Faktla bağlı Sabunçu RPİ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR