İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Sadıqov: Qırmızı vərəqə aldıqdan sonra...

971 19.07.2024 01:43 İdman A A

“Oyunu iki hissəyə bölərdim. Birinci yarıda yaxşı mübarizə apardıq. Təəssüflər olsun ki, qırmızı vərəqə aldıqdan sonra matçın taleyi dəyişdi. Lakin futbolçularım sonadək mübarizə apardılar. İki qolu da hava toplarından buraxdıq. Bunun üzərində işləməliyik”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində doğma meydanda “Şerif”ə penaltilər seriyasında (4:5) məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib. O, hakimlərin idarəçiliyindən narazı qaldığını bildirib: “Bu barədə çox danışmaq istəmirəm. Hər kəs hakimin qərarlarını gördü”.

Mütəxəssis qırmızı vərəqə alan Salifu Sumanın cəzalandırılacağını söyləyib: “Həmin epizoda baxacağıq. Əgər lazımsız yerə qırmızı vərəqə görübsə, cəzasını alacaq”.

Qeyd edək ki, “Zirə” mübarizəsinə UEFA Avropa Konfrans Liqasında davam edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR