İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Sadıqov: "Komanda olaraq "Şerif"lə görüşə tam hazırıq"

532 17.07.2024 23:05 İdman A A

"Düşünürəm ki, bizi doğma meydanda səfər matçımızdan daha gərgin oyun gözləyir".

Oxu.Az xəbər verir ki, bu sözləri "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov "Şerif"lə oyunöncəsi mətbuat konfransında deyib.

"Hesabda irəli çıxan tərəf ilk biz olmalıyıq. Hər bir ssenariyə hazırlaşmışıq. Ümumi olaraq hər bir gedişata hazır olmalıyıq. İlk görüşdə məğlub olsaydıq belə, yenə eyni düşüncədə olacaqdım. Komanda olaraq oyuna tam hazırıq. Bizi doğma meydanda səfər matçımızdan daha gərgin görüş gözləyir. Avrokubok oyunları elədir ki, bir səf bütün oyunun taleyini həll edir. Çalışacağıq ki, bol hücumlar edək və rəqibi cəzalandıraq".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR