İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Dağlının oğlunun toyunda pul mübahisəsi

15871 16.10.2022 23:17 Şou-biznes A A

Xəbər verdiyimiz kimi, meyxanaçı Rəşad Dağlının oğlu Yusifin kiçik toyuna həmkarları da qatılıb.

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, meyxanaçı Orxan Lökbatanlı toya pul yazdırmaması ilə gündəmə gəlib.

Bu haqda "Həmin Zaur" proqramında danışılıb. 

Aparıcı Zaur Kamalın "Rəşad Dağlının oğlunun kiçik toyundan iştirak edib, yeyib-içmisən, amma yadından çıxıb pul salmayıb məclisi tərk etmisən" sözlərinə meyxanaçı belə reaksiya verib:

"Toyda bir əmi kimi heç bir dəqiqə belə oturmamışam. Yeməyi də ayaq üstə, gəzə-gəzə yemişəm. O ki qaldı, toya pul salmamağıma, 3-dən 5-dən salmışam. İnanmırsansa, zəng vur Rəşadın özündən soruş. Elə şey olar ki, toya gəlim, pul salmayım?".

Z.Kamal O.Lökbatanlının sözlərinə inanmadığı və onun həqiqətən də toya pul salmadığını bildirərək, yalan danışdığını vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR