İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəqibləri Rusiya basketbol yığması ilə oynamaqdan imtina edib

522 02.04.2022 01:47 İdman A A

İtaliya, Niderland və İslandiya yığmaları basketbol üzrə Dünya Kubokunun seçmə mərhələsində Rusiyaya qarşı oyunlara çıxmaqdan imtina edib.

"Report"un İtaliya Basketbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, bu addım Avropanın digər ölkələrinin qərarından və yerli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqonun açıqlamasından sonra atılıb. Qərara alınıb ki, 2023-cü il Dünya Kubokunun I təsnifat mərhələsində 1 iyula planlaşdırılan beşinci matç oynanılmasın. Analoji qərarı H kvartetində çıxış edən Niderland və İslandiya da qəbul edib.

Martın 1-də Beynəlxalq Basketbol Federasiyası (FIBA) Rusiya komandaları və klublarını yarışlardan kənarlaşdırıb. Martın 25-də FIBA Mərkəzi Şurasının iclasında qüvvədə olan tədbirlərin mayın ortalarınadək saxlanılması təsdiqlənib. Həmin vaxtadək Ukraynadakı vəziyyətə yenidən qiymət veriləcək və müvafiq qərar çıxarılacaq.

Qeyd edək ki, turnir cədvəlində birinci yeri 3 oyundan 6 xalla Rusiya tutur. 4 oyundan hərəyə 6 xala malik İtaliya və İslandiya 2-3-cü yerləri bölüşür. Sonuncu pillədə isə 3 oyundan 3 xalı olan Niderland qərarlaşıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR