İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəqib klubun baş məşqçisi "Qarabağ" haqda GÖRÜN NƏLƏR DANIŞDI

827 25.09.2024 19:28 İdman A A

“Qarşımızda təcrübəli Avropa komandası var. Avrokubok təcrübəsi həqiqətən önəmlidir. “Qarabağ” istər Çempionlar Liqası, istərsə də Avropa Liqasında öz izini qoyub”.

Bu sözləri “Tottenhem”in baş məşqçisi Ange Postekoqlu UEFA Avropa Liqasının əsas mərhələsində İngiltərədə “Qarabağ”a qarşı keçirəcəkləri ilk tur oyunundan öncə təşkil olunan mətbuat konfransında AZƏRTAC-ın xüsusi müxbirinə cavabında deyib.

O, sabahkı matça hazır olduqlarını bildirib: “Biz “Qarabağ”ın son oyunlarını izləmişik. Onların çox güclü komanda olduqlarını gördük. “Qarabağ” yerli çempionatda dominantlıq edir. Amma avrokuboklarda da bir o qədər uğurlu təsir bağışlayırlar. Bunu ötən mövsüm Avropa Liqasında sərgilədikləri oyun və qazandıqları nəticələrlə də sübut ediblər”.

Avstraliyalı mütəxəssis “Qarabağ”a qarşı baxımlı oyun sərgiləmək istədiklərini vurğulayıb: “Heyətdəki itkilərə baxmayaraq, öz oyunumuzu göstərməyə çalışacağıq. İnanıram ki, azarkeşlər maraqlı oyunun şahidi olacaqlar”.

Qeyd edək ki, sentyabrın 26-da “Tottenhem Hotspur” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR