"Tv Musavat"ın canlı efirinin qonağı polkovnik, hərbi ekspert Üzeyir Cəfərov olub.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Rusiya beynəlxalq qaydaları və münasibətləri kobud şəkildə pozaraq qırmızı xətləri keçib. Məsələ ilə bağlı sərt açıqlama verən ekspert bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun son açıqlamaları cavabsız qalmayacaq.
“Bu, sadəcə diplomatik çərçivələrin yox, həm də beynəlxalq hüququn pozulmasıdır,” – deyə ekspert vurğulayıb. Onun sözlərinə görə, qarşıdakı günlərdə bu məsələyə dair daha ciddi addımların atılması gözlənilir.
Verilişdən həmin hissəni təqdim edirik: