İnsanlara hürriyət, millətlərə istiqlal!

Rektor universitetin yataqxanasında baş verən yanğından danışdı - VİDEO

1412 06.04.2024 12:57 Gündəm A A

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla universitetin yataqxanasında baç verən yanğın barədə danışıb.

Baku TV-ə açıqlama verən rektor bildirib ki, baş verən yanğına ilkin olaraq naqillərin səbəb olduğu ehtimal edilir:

"Müəyyən qaydalara riayət etməyiblər, naqillər alışıb. Tüstülənmə yaranıb və insanlar təşvişə düşüb. Tüstüdən ziyan görənlərə ilkin tibbi yardım göstərilib. FHN çox sağ olsun ki, vaxtında hadisəyə müdaxilə ediblər. Yataqxananın adı bizimdi, faktiki olaraq 1 tələbəmiz belə burada yaşamır. Ancaq qaçqınlar yaşayır. Onlar daxili məsələləri ilə Qaçqınkom məşğuldur.

İndi yəqin ki bu hadisə bir evdən qaynaqlanıb. Yəqin o adam da cavab verər ki niyə baş verib. Binanı elə hala gətiriblər ki, tüstü tez yayılıb. Tüstü tez yayılanda da sakinlər təşvişə düşüb. Hər şey normaldır. Ən əsası da bizim əlaqədar qurumla vaxtında hadisəyə müdaxilə ediblər", deyə Kamal Abdulla qeyd edib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR