İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəisinin qardaşı seçkilərdə namizəd ola bilmədi

422 06.06.2024 10:53 Region A A

Helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisinin qardaşı seçkilərdə qeydiyyatdan keçə bilməyib.

Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.

Qeyd olunub ki, Rəisinin qardaşı Əli əs-Sadati 14-cü prezident seçkilərində namizədliyini irəli sürə bilməyib.

Məlumata görə, o, iyunun 3-ü son qeydiyyat günü Seçki Qərargahına gəlsə də, onun qeydiyyat prosesindən keçməsi mümkün olmayıb.

Hökumət mediasında isə onun qeydiyyatdan keçməsi üçün lazımi tələblərə cavab vermədiyi yazılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR