İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəisi və Paşinyan regional kommunikasiya xətlərinin açılışını müzakirə ediblər

460 02.06.2022 12:00 Region A A

İran Prezidenti İbrahim Rəisi ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Məlumatı “News.am” yayıb.

Bildirilib ki, Nikol Paşinyan İranın hökumət başçısı ilə mayın 24-də Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldəki görüşü barədə təəssüratını bölüşüb.

Məlumata görə, tərəflər regional kommunikasiya xətlərinin açılışı, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyənləşdirilməsi və münasibətlərin normallaşmasının perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Bundan başqa, hökumət başçıları iki ölkə arasında əlaqələrin inkişafı, Ermənistan-İran üçüncü elektrik ötürücüsü xəttinin tikintisi və energetika sahəsində əməkdaşlıqdan danışıblar. (Report)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR