İnsanlara hürriyət, millətlərə istiqlal!

"Real" tarixində bir ilk! - Arda Güler baş həkimin qovulmasına səbəb oldu

3850 13.11.2023 16:56 İdman A A

İspaniya nəhəngi "Real Madrid"də başda Arda Güler ​​olmaqla bir çox futbolçunun zədələrinin təkrarlanmasından sonra klubun baş həkimi Niko Mihiç işdən çıxarılıb.

BAKU.WS bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Madrid "Real"ına transfer olunduğu gündən zədələri ilə mübarizə aparan Güler ​​həkimlər qrupunun rəhbəri Niko Mihiçin işdən çıxarılmasına səbəb olub.

Bildirilib ki, gənc futbolçunun ilk zədəsində əməliyyatla bağlı həkim Layes arasında fikir ayrılığı yaranıb.

Mihiçin fikirlərinin Arda Gülərin əməliyyat olunmamasının lehinə olduğu bildirilib.

Həmçinin 2017-ci ildən "Real Madrid"də çalışan Mihiçin ötən mövsüm Benzema, Alaba və Ceballosun zədələrinin təkrarlanmasına təsiri olduğu qeyd olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR