İnsanlara hürriyət, millətlərə istiqlal!

"Real"ı sarsıdan xəbər - "Mbappe ilə razılığa gəlmişik"

2807 11.01.2024 20:46 İdman A A

PSJ futbol klubunun prezidenti Nasser Əl-Xelayfi komandanın hücumçusu Kilian Mbappe ilə cari mövsümün sonunda müqavilə müddətini uzatmaq barədə razılığa gəldiyini bildirib.

O, razılaşmanın detalları barədə danışmayıb.

“Kilian təkcə əla futbolçu deyil, həm də yaxşı insandır. Əvvəldə dediyi kimi, mənimlə müəyyən razılaşması var. Bütün detallar və nüanslar sırf bizim aramızda qalacaq, onları açıqlamaq istəmirəm. Ancaq həqiqətən razılaşma var. Bu, daha çox centlmen xarakteri daşıyır və pulla bağlı deyil. Fikrimcə, bu, sadəcə, imzalanmış bir sənəddən daha əhəmiyyətlidir”, - PSJ klubunun prezidenti deyib.

Qeyd edək ki, Kilian Mbappenin "Real Madrid"lə razılığa gəldiyi və tərəflərin müqavilə imzalamaq üzrə olduğu barədə xəbərlər dərc edilmişdi.//Metbuat.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR