İnsanlara hürriyət, millətlərə istiqlal!

Razi Nurullayev: “Peşə məktəblərinin yarıdan çoxu ən bərbad vəziyyətdədir”

373 07.06.2024 13:59 Siyasət A A

Milli Məclisin iclasında “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə deputat Razi Nurullayev çıxışında bildirib ki, məşğulluğun artırılması üçün edilən bu dəyişikliklər çox yaxşıdır və bu layihə ilə bağlı zəhməti keçən hər bir kəsə təşəkkür etdi: “Bununla bərabər, dəyişikliklərdən irəli gələn müddəaların həyata keçirilməsi üçün infrastruktur zəifdir və bir çox rayon və şəhərlər bu dəyişikliklərdən yararlana bilməyəcəklər. Bu dəyişikliklərin səmərəsini görmək üçün yüksək ixtisaslı peşə məktəblərinə, peşə tədrisinə və yeni peşə ixtisaslarına ehtiyac var”.

R.Nurullayev deyib ki, apardığı araşdırmanın nəticəsinə görə, ölkədə mövcud olan peşə məktəblərinin yarıdan çoxu ən bərbad vəziyyətdədir: “İnfrastrukturu yoxdur və təchizatı da sıfırdır. Faktlarla danışım. Deputatı olduğum İmişli şəhərində peşə məktəbi uçub-dağılıb və mən orada görüş keçirib bunu sosial media hesablarında da paylaşmışam. Səbəb budur ki, peşə məktəblərinin təmirinə, təchizatına cüzi vəsait ayrılır. Mən bunu başa düşmürəm və qəbul da etmirəm. Peşə təhsili işsizliyin aradan qaldırılması, kadrlara olan ehtiyacın təmin edilməsi üçün ən vacib amilidir”. 

Deputat bildirib ki, ayrılan vəsaitlərin böyük bir hissəsi gələcək üçün sərmayə sayıla bilməz və onlar sadəcə bir ildə xərclənib gedir, sonrakı illər üçün səmərə yaratmır: “Səmərə yaradan sahələrə isə böyük qısqanclıqla vəsaitlər ayrılır. Təhsil və səhiyyə o sahələrdir ki, cəmiyyətin inkişafı və rifahı onların üzərində mövcudluğunu saxlayır. Xahiş edirəm ki, mövcud peşə məktəblərinin təmiri, təchizatı, yeni peşə ixtisaslarının yaradılması, müəllimlərin tədris və peşə hazırlığının həyata keçirilməsi, yenilərinin tikintisi üçün normal, çata biləcək qədər büdcə vəsaiti ayrılsın”.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR