İnsanlara hürriyət, millətlərə istiqlal!

Razi Nurullayev: "Deputat Əhəd qardaşımdan 1 milyon aldı, hələ də vermir" - ŞOK TƏFƏRRÜAT VİDEO

7665 08.01.2026 12:06 Ölkə A A

“Rusiya–Ukrayna müharibəsindən sonra qardaşlarım Azərbaycana gəlib və Qarabağda tenderdə qalib gələn şəxslərlə birgə iş görüblər. Lakin bu fəaliyyətdən heç bir gəlir əldə etməyiblər, əksinə, qoyduqları vəsaiti də bu günədək geri ala bilməyiblər. Nəticədə gördülər ki, Azərbaycanda biznes qurmaq heç də asan deyil”.

Musavat.com xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev TV Müsavat-ın canlı efirində, Sevinc Telmanqızının təqdimatında yayımlanan “Canlı söhbət” verilişində deyib. Deputat bildirib ki, qardaşları Azərbaycanda dələduzluğun qurbanı olublar:

“Bir nəfər qardaşımdan 1 milyon manat pul alıb və ona qarşı dələduzluq edib. Söhbət keçmiş deputat Əhəd Əhmədov və onunla birgə daha üç nəfərdən gedir. Qardaşım bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Pulu ondan tikinti işi qurmaq adı ilə almışdılar. Daha sonra isə dövlət adından saxta “kupça” təqdim etmişdilər”.

Razi Nurullayev qeyd edib ki, bu hadisədən sonradan xəbər tutub: “Mənim bundan xəbərim olmayıb. Hadisəni sonradan öyrənmişəm. Hazırda iş hüquq-mühafizə orqanlarının nəzarətindədir. Onların köməkliyi ilə qardaşım pulun üçdə ikisini geri ala bilib”.

Xatırladaq ki, Əhəd Əhmədov 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputat olduğu günlərdə mətbuatda onun bərəsində bir-birindən qalmaqallı xəbərlər yayılıb. Sürücüsü ilə həyat yoldaşının birləşib onu döymələrindən tutmuş, bəzi şəxslərdən külli miqdarda pul alıb qaytarmaması kimi iddialar da olub. Həmin xəbərlərdən birindən oxuyuruq.

Sitat: 

“Gələn xəbərlər sırasında deputatın özünün şantaj edilməsindən yararlanması ilə bağlı məqamlar da yer almışdı. Bildirilirdi ki, Əhəd Əhmədov deputat olmaq üçün ümumi “katyol”a verdiyi pulları dost-tanışından və şəriklərindən borc götürüb. Həmin borclarını qaytarmamaq üçün bəzi dost-tanışının və şəriklərinin adını istintaqa verib; guya həmin adamlar onu şantaj edirlər. Məqsədi isə bu üsulla borcları qaytarmaqdan yayınmaq olub. Bu hadisələrdən sonra Əhəd Əhmədovun ölkəni tərk etmək istəməsi başadüşüləndir. Yəqin hamının üz döndərdiyi deputat bu yolla borclulardan yaxa qurtarmaq istəyir”.

Qeyd edək ki, deputat olduğu günlərdə Əhəd Əhmədovun İngiltərəyə qaçmaq istəməsi barədə də iddialar vardı.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR