İnsanlara hürriyət, millətlərə istiqlal!

“Razdan stadionu” fırıldağı üzrə araşdırmaya başlanıldı

945 14.02.2024 18:41 Region A A

Ermənistan Baş Prokurorluğu Razdan stadionunun satışı ilə bağlı məlumatları araşdırmağa başlayıb.

Musavat.com-un xəbərinə görə, idarənin açıqlamasında qeyd edilir ki, 2001-ci il tarixli müqaviləyə əsasən, stadion və ətraf ərazi "Razdan Stadion İcarəsi Müəssisəsi" QSC-yə icarəyə verilib.

2004-cü ildə hökumətin qərarı ilə 10 4443 hektar ərazisi olan bina və torpaq sahəsi həmin şirkət tərəfindən özgəninkiləşdirilib. Qiymətin hansı əsasla müəyyən edildiyi barədə informasiya yoxdur. Hökumətin öz qərarında istinad etdiyi 900 000 dollarlıq investisiya haqqında da məlumata rast gəlinmir. 2010-cu ildə şirkət "Razdan" Mərkəzi İdman Stadionu QSC adlandırılıb. 2015-ci ildə müflis elan edilib, 2019-cu ildə onun ləğvetmə prosesinə start verilib.

Stadionun bazar qiymətindən xeyli aşağı qiymətə - 11 milyard 558 milyon drama (28 milyon dollar) satıldığını nəzərə alan prokuror burada ciddi fırıldaq olmasından şübhələnib.

Qeyd edək ki, İrəvanın Razdan stadionunun satıldığı illər keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın hakimiyyət müddətinə daxildir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR