İnsanlara hürriyət, millətlərə istiqlal!

Rauf Mirqədirovla İsveçrədən “Canlı debat”! Mövzu ölkə və savaş gündəmi

789 27.05.2022 11:47 Gündəm A A

“Qərb Rusiya ilə oynamağı dayandırmalıdır”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

“Qərb Ukraynadakı mənasız savaşa son vermək üçün çalışmalıdır. Bundan ötrü Rusiyaya daha sərt sanksiyalar tətbiq edilməlidir. Ukrayna müstəqil olaraq qalacaq. Sadəcə sual bunun nəyin bahasına olmasıdır”, - o söyləyib.

V.Zelenski həmçinin Avropa İttifaqını tənqid edib: “Avropa İttifaqı altıncı sanksiyalar paketini tətbiq etmək üçün daha neçə həftə gözləyəcək?! Rusiyaya təzyiq insanların həyatını xilas etmək deməkdir. Rusiyanı “sakitləşdirmək” üçün müxtəlif təkliflər isə sadəcə ukraynalıların öldürülməsinə səbəb olmaqdır".

Qeyd edək ki, Ukrayna lideri bundan əvvəl də Qərblə bağlı tənqidi fikirlər səsləndirmişdi.

Əliyev və Paşinyan bu dəfə Moskvada görüşə bilər – Brüssel prosesinin davamı gələcəkmi?

“Azərbaycan və Ermənistanın Brüsseldə sərhədin demarkasiyası və delimitasiyası üzrə komissiyanın yaradılması ilə bağlı razılığa gəlməsi faktının özü danışıqlar üçün çox mühüm əsasdır. Etiraf edək ki, Moskva bunu bacarmadı”.

Bu sözləri rusiyalı tanınmış politoloq Arkadi Dubnov deyib. Lakin o hesab edir ki, istənilən halda Moskva Bakı və İrəvan arasında danışıqlar prosesində öz iştirakını saxlayacaq. “Güman edirəm ki, Ermənistan və Azərbaycan liderlərinin Qarabağla bağlı növbəti görüşü Moskvanın vasitəçiliyi ilə keçiriləcək”, - deyə ekspert vurğulayıb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri – Şahin Mustafayev və Mqer Qriqoryan sərhədlərlə bağlı ikinci görüşü Moskvada keçirəcəklər. Rusiya paytaxtında tezliklə iki ölkə liderlərinin də görüşü mümkünmü və bu görüş Brüssel prosesinin davamı ola biləcəkmi?

Bu və gündəmdəki bir çox xəbərləri siyasi şərhçi, tanınmış jurnalist Rauf Mirqədirovla müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR