İnsanlara hürriyət, millətlərə istiqlal!

Rauf Arifoğlu: “Rusiya-Ukrayna müharibəsi bitir” – VİDEO

1558 17.05.2024 13:05 Siyasət A A

“Rusiya-Ukrayna müharibəsi başa çatır. Hazırda sonuncu epizodları müşahidə edirik. Rusiya ona görə bütün gücü ilə irəli atılır ki, bu il müharibə bitəndə kimin əlində nə qalıbsa, o onun olsun. Ortada böyük bir anlaşma var. Bu anlaşmada da vasitəçi Çindir”.

Medianews.az xəbər verir ki, bu barədə “TV Musavat”ın efirində “Yeni Müsavat” Media Qrupunun təsisçisi və rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu bildirib.

O qeyd edib ki, bütövlükdə Qərb, o cümlədən Avropa, eyni zamanda Rusiya da bu anlaşmada var.

R.Arifoğlunun qənaətincə, Ukrayna ərazi baxımdan kiçiləcək: “Ukraynaya qarşı böyük bir xəyanət var. Ərazi baxımdan Fransadan, Almaniyadan böyük Ukraynanı Avropa İttifaqına qəbul etmək istəmirlər. Ona görə də Ukraynanın indiyə qədər işğal altında olan ərazilərini, o cümlədən Krımı da, hətta Xarkovu da Rusiyaya verəcəklər. Çin lideri Avropa turnesində keçirdiyi görüşlərdə bu versiya ortaya atılmışdı. Hamıya bəlli idi ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlarda əsas vasitəçi Si Cinpindir. Çin lideri Avropadan səfərdən qayıdan kimi Rusiya Prezidenti Vladimir Putin Pekinə səfərə getdi. Bu da deyilənlərin, iddiaların yalan olmadığını bir daha göstərdi. Artıq müharibə bitir, kimin əlində nə qalacaqsa, o, onun olacaq. Avropa İttifaqı, Qərb Ukraynanı russuzlaşdırıb, kiçildib, Volodimir Zelenskini də proseslərdən kənarlaşdırıb ölkənin gələcək taleyini müəyyən edəcəklər. Ukraynaya böyük bir xəyanət oldu. Qərb yalnız qalibin yanında dayanıb foto çəkdirir”.

Daha ətraflı videoda:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR