İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramiz Mehdiyevin İsrail yalanı - “10 gün əvvəl...” - EKSKLÜZİV

3948 04.03.2024 13:10 Ölkə A A

Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri, keçmiş AMEA prezidenti Ramiz Mehdiyevin səhhətində ciddi problem yaranması ilə bağlı mediada xəbər verilib.

Xəbərdə qeyd olunub ki, Mehdiyev bir neçə gün əvvəl səhhətində yaranmış problemə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib, həkim müdaxiləsinə baxmayaraq, onun vəziyyəti daha da ağırlaşıb və ailəsinin istəyi ilə özəl təyyarə ilə İsrailə aparıblar.

Ramiz Mehdiyev Unikal.az-saytına açıqlamasında deyib ki,  yayılan məlumatlar yalandır:

“Mənim səhhətimdə heç bir problem yoxdur. “Check-up” müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya getmişdim. Bu da ildə bir ya iki dəfə baş verən bir haldır. Başqa heç bir yerə getməmişəm. Məgər, mən İsrail tanıyıram ki? Hazırda Bakıdayam. Sağlıq olsun”.

Musavat.com-a daxil olan özəl məlumata görə, Ramiz Mehdiyev doğrudan da İsrailə aparılıb. Ancaq bu, təxminən 10 gün öncə baş verib. Mənbəmiz bildirir ki, Ramiz Mehdiyev bir neçə gün Mərkəzi Klinik Xəstəxanada müalicə alıb. Ona tövsiyə olunub ki, müayinə olunmaq üçün İsrailə də getsin. Məlumata görə, Ramiz Mehdiyevin hər hansı bir xüsusi xəstəliyi yoxdur. Problem yaşla bağlıdır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR