İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramil Şeydayev: "Komandaya bir qol borcluyam"

1254 17.02.2023 15:52 İdman A A

“Qarabağ”ın futbolçusu Ramil Şeydayev Avropa Konfrans Liqasının pley-off mərhələsində “Gent”ə qalib gəldikləri (1:0) matç haqda fikirlərini bildirib.

Qol.az xəbər verir ki, hücumçu oyundan sonra “CBC Sport”a açıqlamasında əvvəlcə görüş haqda təəssüratlarını bölüşüb:

“Çox sevinirəm ki, qələbə qazandıq. İlk oyunda qalib gəldiyimizə görə cavab matçına yaxşı əhval-ruhiyədə gedəcəyik”.

Şeydayev yararlana bilmədiyi penalti epizodu ilə bağlı da danışıb: "Penalti lotoreya kimidir. Əvvəllər vurmuşam, indi alınmadı. Böyük futbolçular da bəzən penaltidən yararlana bilmir. Futbolda belə də olur. Artıq komandaya bir qol borcluyam. Qarşıdakı oyunlarda bunun əvəzini çıxmağa çalışacağam”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR