İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramil Həsən: "Qərbi Azərbaycanlılar 35 ildir öz evlərinə qayıda bilmirlər"

527 05.12.2023 15:04 Siyasət A A

Bakıda Qərbi Azərbaycan İcması tərəfindən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda təşkil edilən Beynəlxalq Konfrans çərçivəsində tədbirə gələn qonaqlarla İcma üzvləri arasında ikitərəfli görüşlər davam edir.

Musavat.com xəbər verir ki, Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən Pakistanın Ortaq Gələcəyə malik icması naminə Araşdırma Mərkəzinin icraçı direktoru Xalid Taymur Əkrəmlə görüşüb.

Ramil Həsən pakistanlı qonağa soydaşlarımızın geri qayıdış hüququ istiqamətində aparılan işlərdən bəhs edib. O qeyd edib ki, 1987-91-ci illərdə öz evlərindən zorla çıxarılab Qərbi Azərbaycanlılar 35 ildir öz evlərinə qayıda, doğmalarının məzarını ziyarət edə bilmirlər. Xalid Teymur Əkrəm sözügedən halların təməl insan hüquqlarına zidd olduğunu deyərək bu kimi faktların beynəlxalq hüququn norma və prinsiplərinə xələl gətirdiyini vurğulayıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR