İnsanlara hürriyət, millətlərə istiqlal!

Raketli SƏHƏR YEMƏYİ - "Bu vəhşiliyi izah edəcək bir anlayış yoxdur" - Dünyanı titrədən VİDEO

1958 04.11.2023 13:25 Gündəm A A

Qəzzada yaşanan insanlıq dramı dünyanı sözün əsl mənasında titrədir. Paramparça olmuş uşaqlar, paramparça olmuş talelər...

Hər saniyə demək olar ki, bir fələstinlinin əleyhinə işləyir. Ölü sayı uşaqlara doğru sürət götürüb.

Türkiyənin "Yeni Şafak" saytı bu dramın bəzi məqamlarını üzə çıxarıb.

Videodan da göründüyü kimi, Qəzza sakinləri səhərlərini raketlərlə açır.

Sanki yağış da raketlərdən qorxub bu aralar yağmayacam deyir. Raket yağışı fasiləsiz yağır. Proqnozlar bu yağışın hələ xeyli müddət davam edəcəyini deyir.

Susuzluq üzərinə susuzluq da müharibə ilə paralel meydan sulayır. Bu aralar qəzzalıların gözləri yalnız göylərə dikilib. Gecələri də "gündüz"ə çevrilib, gecələr göydə ay-ulduz əvəzinə yalnız raket görürlər. Başqa seçimləri yoxdur çünki, əllərində deyil.

Qayıdaq VİDEOYA. Qəzza sakinlərinin səhər yeməyi, sağ qalarlarsa, günorta, axşam yeməyi raketlərlə müşayiət olunur. Raket altında səhər yeməyi - yemək qarşıda olsa da, gözlər göydədir. Artıq insanlar ölümü heçə sayırlar, bir növ ölümlə rəqs edirlər.

Belə görünür, raketli Qəzza səhərləri hələ uzanacaq.

Qeyd edək ki, HƏMAS-ın oktyabrın 7-də səhər saatlarında başlatdığı "Əl-Əqsa tufanı" əməliyyatına cavab verən İsrail 30 gündür Qəzzanı bombalayır. Son məlumatlara əsasən, 9227 fələstinli həyatını itirib. Onlardan 3826-ı uşaq, 2405-i isə qadındır.

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, girovlar azad edilənə qədər Qəzzada atəşkəs olmayacaq. O, daha əvvəl müharibənin uzun çəkəcəyini və ölkəsinin qalib gələcəyi qeyd edib.

İsrailin Qəzzaya hücumlarına ən sərt reaksiyanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verib. Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə çıxış edən Ərdoğan "Bu vəhşiliyi izah edəcək bir anlayış yoxdur" – deyə bildirib.

"Hizbullah" lideri Həsən Nəsrullah dünənki çıxışında ABŞ-ın İsrail-Fələstin müharibəsində tamamilə məsuliyyət daşıdığını bildirib. O qeyd edib ki, müharibəyə cavabdeh olan ABŞ bunun əvəzini ödəməlidir:

"Biz onların bazalarına hücum edəcəyik.

Biz HƏMAS-ın qalib gəlməsini təmin etməliyik. Bölgədə cəbhələrin genişlənməsinin qarşısını almaq istəyən hər kəs Qəzza zolağına hücumu dayandırmalıdır".

ABŞ isə öz növbəsində "Hizbullah"ı İsrail-HƏMAS münaqişəsindən istifadə etməməyə çağırıb.

Ən son məlumata əsasən, İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda reyd keçirib.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR