İnsanlara hürriyət, millətlərə istiqlal!

Rafiq Hüseynov: "Savadsız məşqçilər ucbatından ən yaxşı illərimi itirmişəm"

991 04.04.2022 12:00 İdman A A

"Təəssüf ki, 2000-ci illərdən 2018-ci ilədək bir-birindən səriştəsiz və savadsız məşqçilər ucbatından cavanlığımın ən yaxşı illərini itirmişəm".

Musavat.com xəbər verir ki, bunu Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında qızıl medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov şəxsi instaqram hesabında yazıb.

34 yaşlı idmançı bildirib ki, bütün güləş həyatı boyunca yalnız medal əldə etməyi yox, həm də tarixə düşməyi arzulayıb: "Heç fikirləşməzdim ki, bu yaşlarda adım tarixdə qalacaq və tarix yazan Azərbaycan güləşçiləri sırasına düşəcəyəm. Buna görə Allaha şükür edib qələbəmi müqəddəs Ramazan ayında bütün dünya müsəlmanlarına həsr edirəm. Hamınıza mənə azarkeşlik etdiyiniz üçün təşəkkürümü bildirirəm".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR