İnsanlara hürriyət, millətlərə istiqlal!

Qusarda dəhşətli qəza: ölən var - Foto

933 20.11.2022 21:29 Hadisə A A

Qusar rayonunda avtomobil qəzası baş verib.

Musavat.com-un "Report"a istinadən məlumatına görə, rayonun Əvəcuq kəndində "Vaz-2107" və "Tucson" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 1 nəfər - 1993-cü il təvəllüdlü Kamil Tofik oğlu Ədilxanov ölüb.

Eyni zamanda rayon sakini - 1995-ci il təvəllüdlü Tural Tərlan oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

K.Ədilxanovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR